• 16 May 2024
logo
ABŞ səfiri və xanımı Qırmızı Qəsəbədə

ABŞ səfiri və xanımı Qırmızı Qəsəbədə

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbəsində olub.

Baymedia.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.

“ABŞ səfiri və xanımı Danusya Libbi yəhudilərin Pesxa bayramını qeyd etmək üçün Quba rayonundakı Qırmızı Qəsəbədə olublar. Burada dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Onlar sinaqoqlara, muzeylərə, eləcə də Tağlı körpüyə baş çəkiblər”, - paylaşımda qeyd edilib.