• 1 Dekabr 2022
logo
NK-dan bu nazirliyə tapşırıq: Qiymət artımı…

NK-dan bu nazirliyə tapşırıq: Qiymət artımı…

Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb.
Baymedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
"Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib. Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşma tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti nazirliyə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həll yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanmasını tapşırıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq", - məlumatda qeyd olunub.