• 29 Mart 2024
logo
Bakının bu prospektində təmir işləri aparılır

Bakının bu prospektində təmir işləri aparılır - Video

Bakının Yasamal rayonunun Tiflis prospektinin Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində təmir işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, qeyd olunan hissənin uzunluğu 1600 metrdir. Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.