• 27 İyun 2022
logo
Əli Məsimli: “Dövlət şirkətləri özəlləşdirilməlidir”

Əli Məsimli: “Dövlət şirkətləri özəlləşdirilməlidir”

“Azərbaycan büdcəsinin dövlət şirkətləri tərəfindən səmərəsiz şəkildə istifadə edilməsinin qarşısının alınmasını çox vacib hesab edirəm”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir: “Eyni zamanda icbari tibbi sığortanın tətbiqinə büdcədən kifayət qədər vəsait ayrılıb. Mən təklif edirəm ki, orqan transplantasiyası ilə bağlı da büdcədən vəsait ayrılsın. Bu əməliyyatlar kifayət qədər bahalıdır. Hər dəfə həkimlərə seçicilərin problemi ilə bağlı müraciət etmək olmur”.