• 7 İyul 2022
logo
Azərbaycanda internetə çıxışı olmayan yaşayış məntəqələrinin sayı açıqlanıb

Azərbaycanda internetə çıxışı olmayan yaşayış məntəqələrinin sayı açıqlanıb

Azərbaycanda 700-ə yaxın yaşayış məntəqəsinin rabitə və internet xidmətlərinə çıxışı yoxdur.
Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, nazirlik özəl provayderə bu məntəqələrdə rabitə xidmətlərinin təşkili ilə bağlı müraciət etsə də, onlar tərəfindən müsbət cavab alınmayıb.
"Biz hər kəsə bəyan edirik ki, bu yaşayış məntəqələrində rabitənin qırılmasında bizimlə iştirak etsinlər. Heç kəs gəlmir. Çünki iqtisadi cəhətdən o məkanlar effektiv deyil. Deməlu yenədə bunun ağır yükü "Aztelekom"la "Baktelecom"da qalacaq."Baktelekom" bu gün Bakıda topladığı vəsaitləri krossubsidiya halında "Aztelekom" üzərindən regionların telekommunikasiya İnfrastrukturunun inkişafına yönəldir. Əks halda bu 700 yaşayış məntəqəsinə bir rabitə xidmətlərini başqa cür verə bilməyəcəyik",- deyə R. Rüstəmov qeyd edib.