• 17 Aprel 2024
logo
KOBİA və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi arasında Memorandum imzalanıb

KOBİA və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi arasında Memorandum imzalanıb

Yanvarın 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsinin Baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar.
Sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin və digər sahələr üzrə məlumat, KOB-lara xidmət üzrə təcrübə mübadiləsini, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.