• 19 Aprel 2024
logo
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılan 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib.
Qeyd edək ki, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.