• 27 Yanvar 2022
logo
Pandemiyaya görə qlobal turizm bu il 2 trln. dollar itirə bilər

Pandemiyaya görə qlobal turizm bu il 2 trln. dollar itirə bilər - BMT 

COVID-19 pandemiyası nəticəsində 2021-ci ildə qlobal turizm 2 trln. ABŞ dolları (1,77 trln. avro) məbləğində gəlirlərdən məhrum ola bilər.
"Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir.
Bu rəqəm 2020-ci ildə itkiləri ilə eynidir, lakin iki il bundan öncə qeydə alınan göstəricidən azdır.
UNWTO bu ilin iyul-sentyabr aylarında təyinat ölkələrinə turist axınında 58% artım qeydə alındığını bildirsə də, bu göstəricilər 2019-cu ilin səviyyəsindən 64% aşağıdır. Pandemiyanın başlanmasından bəri avqust və sentyabr aylarında turistlərin axını pik həddə çatıb, lakin 2019-cu ilin səviyyəsindən 63% az olub.
Avropa və Amerika 2021-ci ilin III rübündə nisbi artım göstərsə də, Asiya-Sakit okean regionuna turist axını 2019-cu illə müqayisədə 95% azalıb. Avstraliya, Yeni Zelandiya, Sinqapur və Çin də daxil olmaqla bir sıra Asiya-Sakit okean ölkələri COVID-19-a sıfır tolerantlıq siyasətinə malikdir və ciddi beynəlxalq giriş məhdudiyyətlərinə əməl edir.
Aparıcı istiqamətlərə gəldikdə, Xorvatiya, Meksika və Türkiyədə – ən güclü bərpa iyul-sentyabr aylarında qeydə alınıb.
"Dünyada qeyri-bərabər peyvənd nisbətləri və yeni COVID-19 mutasiyaları onsuz da yavaş və kövrək sağalmaya təsir göstərə bilər. Virusun "omikron" ştammı ilə bağlı narahatlıqlar bir neçə ölkədə yeni səyahət məhdudiyyətlərinə səbəb olub", - hesabatda deyilir.