• 29 Mart 2024
logo
Azərbaycanın qaz kəmərlərindən gəlirləri kəskin artıb

Azərbaycanın qaz kəmərlərindən gəlirləri kəskin artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qaz kəmərləri ilə daşımalardan əldə olunan gəlirlərin həcmi 1 353 883,7 min manat təşkil edib ki, bu da illik müqayisədə 57,8% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 857 712,1 min manat səviyyəsində olub.
Məlumata görə, hesabat dövründə Azərbaycanda qaz kəmərləri vasitəsi ilə 25 423,3 mln. kubmetr həcmində məhsul daşınıb ki, bu da illik ifadədə 18,2% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında sözügedən kəmərlərlə 21 515,5 mln. kubmetr qaz nəql edilib.