• 9 Dekabr 2021
logo
Mikayıl Cabbarov: "Qarabağ bölgəsi yeni və unikal imkanlar açır"

Mikayıl Cabbarov: "Qarabağ bölgəsi yeni və unikal imkanlar açır"

İşğaldan azad edilən ərazilərin ümumi iqtisadiyyata reinteqrasiyası, yeni regional və beynəlxalq logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dəyib.
Onun sözlərinə görə, bu, həmçinin ölkənin region iqtisadiyyatının ümumi arxitekturasını müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
"İndiyədək Azərbaycan regional infrastruktur layihələrini uğurla həyata keçirib. Ölkəmiz Şimal-Cənub dəhlizlərinə böyük investisiyalar yatırıb və hazırda beynəlxalq dəhlizlər boyu yol infrastrukturunun genişləndirilməsinə sərmayələr cəlb etməkdədir", - deyə nazir qeyd edib.
O həmçinin əlavə edib ki, Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması investisiya qoyuluşları üçün əlavə imkanlar yaradır.
"Bu baxımdan Qarabağ bölgəsi bizə yeni və unikal imkanlar açır. Regionda yeni beynəlxalq və regional nəqliyyat logistika dəhlizinin bərpa olunması, işğaldan azad edilən ərazilərin inkişafına ciddi təkan verməklə qlobal bazarlara çıxışı bir qədər də artıracaq", - deyə M . Cabbarov qeyd edib.