• 27 Aprel 2024
logo
Ukrayna ordusu bu istiqamətdə mövqelərini tərk etdi

Ukrayna ordusu bu istiqamətdə mövqelərini tərk etdi

Ukrayna Silahlı Qüvvələri Avdeyevka yaxınlığında Orlovka və Tonenkoye kəndlərindəki bir neçə mövqeyi tərk edib.

Baymedia.az xəbər verir ki, bu barədə Donetsk separatçılarının rəhbərinin müşaviri İqor Kimakovski deyib.

“Tonenkoe və Orlovka yaxınlığında gedən şiddətli döyüşlər nəticə verdi. Ordumuzun təzyiqi ilə Ukrayna silahlı birləşmələri oradakı bir sıra mövqelərini tərk etdi", - o bildirib.