• 27 Aprel 2024
logo
Gürcüstanda LGBT-yə dair qanun hazırlanır

Gürcüstanda LGBT-yə dair qanun hazırlanır

Gürcüstanın “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini təqdim etməyə hazırlaşır.

Baymedia.az xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb:

“BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini, dost və tərəfdaş ölkələrin vergi ödəyicilərinin vəsaitlərinin hara getdiyini aydın bildirməyə çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.