• 27 Aprel 2024
logo
Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ oldu

Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.