• 27 Aprel 2024
logo
İran Ermənistanı buna inandıra bilər - SEPAH

İran Ermənistanı buna inandıra bilər - SEPAH

İran Ermənistan hökumətini Hindistan vasitəsilə BRICS+ və ya Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi formatına üzv olmağa inandıra bilər.

Baymedia.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində olan Teleqram kanalı yazıb.

Bildirilir ki, bu vasitə ilə Ermənistan regionun təhlükəsizlik arxitekturasına inteqrasiya olunar, həmçinin İran vasitəsilə Avropa Birliyi ilə Hindistanı birləşdirən körpü rolunu oynaya bilər:

“Ermənistan regional siyasətdə və iqtisadiyyatda daha fəal rol oynaya biləcək. Avropanın sərhəd kəndi və ya döyüş bölgəsi olmaqdansa, Avropa və Rusiyanın təmsilçisi ol” - məlumatda yazılıb.