• 27 İyul 2024
logo
Yankilər harada varsa, orada problem var - Medvedyev

Yankilər harada varsa, orada problem var - Medvedyev

Yankilər harada peyda olursa, o yerdə problem gözləyin.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“ABŞ demokratiyanı yaymaq bəhanəsi ilə bütün planetdə müharibələri qızışdırır. Hədəf tamamilə aydındır – pul qazanmaq. Onlar hər yerdə öz dəyərlərini və əsaslarını tətbiq etməyə, məsləhətçilər göndərməyə və hakimiyyətə özlərinə rahat hökmdarlar gətirməyə çalışırlar”, - Medvedyev bildirib.