• 27 İyul 2024
logo
Qonşuda elektron siqaretlər qadağan edildi

Qonşuda elektron siqaretlər qadağan edildi

İranda elektron siqaretlərin reklamı və istehsalı qadağan edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Ətraf Mühit və Əmək Sağlamlığı Mərkəzi məlumat yayıb.

“Elektron siqaretlərin zərərinə görə ölkədə bu növ siqaretlərin istehsalını qadağan etmişik. Elektron siqaretlərin hər hansı reklamı tamamilə qadağandır”, - məlumatda deyilib.