• 27 İyul 2024
logo
Ukrayna ərazisinə NATO ordusu... - Fransadan rəsmi təklif

Ukrayna ərazisinə NATO ordusu... - Fransadan rəsmi təklif

Bütün etirazlara və xəbərdarlıqlara rəğmən Fransa Ukraynada NATO hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Alyansının komandanlığına təklif yollayıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Politiko” ABŞ-ın NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalderə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkhard NATO-dakı həmkarlarına Ukrayna ərazisində alyans qüvvələrinin yerləşdirilməsini təklif etsə də, rədd cavabı alıb.

İ.Daalderin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron belə sərsəm ideyanı səsləndirəndən bir neçə həftə əvvəl T.Burkhard NATO-da təşəbbüslə çıxış edibmiş.