• 27 İyul 2024
logo
Alman gəmisi ABŞ PUA-sını vurmaq istədi

Alman gəmisi ABŞ PUA-sını vurmaq istədi

Avropa Birliyinin Qırmızı dənizdə həyata keçirdiyi “Aspides” əməliyyatında iştirak edən Almaniyanın “Hessen” freqatı səhvən ABŞ-a məxsus PUA-ya atəş açıb.

Baymedia.az xəbər verir ki, bu barədə CNN Pentaqon rəsmisinə istinadla məlumat yayıb.

“Fevralın 26-da freqatın yaxınlığında PUA aşkar edilib. PUA-nı məhv etməyə çalışsalar da, buna nail ola bilməyiblər”, - məlumatda qeyd olunub.