• 23 Aprel 2024
logo
Ukrayna bu ərazidən 10 km geri çəkildi - Şoyqu

Ukrayna bu ərazidən 10 km geri çəkildi - Şoyqu

Ukrayna ordusu kəskin silah-sursat çatışmazlığına baxmayaraq, artilleriya hücumlarının intensivliyini azaltmayıb.

Baymedia.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Mərkəz” qrupunun qərargahında keçirdiyi iclasda deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Adyevkadan ən azı 10 kilometr geri çəkilib:

“Pilotsuz uçuş aparatları ilə son iki həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 700-dən çox hədəfi məhv edilib”.

S.Şoyqu eyni zamanda şəxsi heyətin elektron döyüş texnikası imkanlarının gücləndirilməsi barədə tapşırıq verib.