• 27 İyul 2024
logo
Çində yaşayış binasında yanğın: 15 ölü

Çində yaşayış binasında yanğın: 15 ölü

Çinin Szyansu əyalətinin Nankin şəhərində yaşayış binasında yanğın baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yanğın zamanı 15 nəfər ölüb, 44 nəfər isə yaralanıb.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.