• 17 Aprel 2024
logo
Avdeyevkada dəhşətli itki: rus bloger özünü güllələdi

Avdeyevkada dəhşətli itki: rus bloger özünü güllələdi

“Bizə Yaninadan yazırlar” Teleqram kanalının rəhbəri, rusiyalı hərbi bloger Andrey Morozov özünü güllələyib.

Baymedia.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, “Murz” ləqəbli bloger öz kanalında rusların Avdeyevkadakı dəhşətli itkilərindən bəhs edən yazı paylaşıb. Həmin yazıdan sonra Vladimir Solovyov da başda olmaqla, rusiyalı təbliğatçılar ondan həmin yazının silinməsini tələb ediblər, hətta hədə-qorxu da gəliblər. Bu barədə bloger ölümündən qabaq paylaşdığı məlumatda da qeyd edib.

Qeyd edək ki, Morozov 2014-cü ildən Donbas separatçılarının tərəfində döyüşüb. Bir müddət öncə o öz kanalında paylaşdığı məlumatda rusların oktyabr ayından bəri Avdeyevkada 16 min itki verdiyini yazmışdı.