• 27 Aprel 2024
logo
NATO Avropada ən böyük bazasını tikir

NATO Avropada ən böyük bazasını tikir

Rumıniyada NATO-nun ən böyük hərbi bazasının tikintisinə başlanılıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Məlumata görə, bazanın sahəsi 2800 hektar və ümumi perimetri 30 kilometr olacaq.

Bildirilib ki, orada 10 minə yaxın NATO hərbi qulluqçusu və onların ailələri daimi yaşaya biləcək:

“2,5 milyard avro dəyərində olan bazanın ərazisində uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxanalar olacaq. Tikinti başa çatdıqdan sonra bu, NATO-nun Avropadakı ən böyük bazası olacaq”.