• 27 Aprel 2024
logo
Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi

Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi

Vladimir Putin sərhəddə və yeni bölgələrdə bütövlükdə ölkə ilə müqayisədə daha yüksək seçici fəallığının onu təəccübləndirdiyini bildirib.

Baymedia.az xəbər verir ki, o, bu barədə seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra özünün Seçki Qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Ümumiyyətlə, bu istiqamətdə, dövlət sərhədi istiqamətində terror hadisələri baş versə də, həmin ərazilərdə yaşayan vətəndaşlar nəinki vətəndaş şücaəti göstərir, həm də cəsarət nümayiş etdirirlər. Düşündüyüm kimi, heç kim onları qorxuda bilmədi. Xalqımızı qorxutmaq isə mümkün deyil”, - o bildirib.

Rusiyanın daxili siyasi sistemini sarsıtmağa çalışan xarici qüvvələrin indiki prezident seçkisinin nəticələrindən dərs çıxarıb-çıxarmayacağı ilə bağlı suala Putin belə cavab verib:

“Rusiyaya qarşı işləyən qurumlarda axmaq insanlar oturmur. Qərbin problemi ondadır ki, orada SSRİ ilə döyüşməkdən başqa heç nə bilməyən xeyli adam qalıb. Həmin şəxslər indi də Rusiya ilə bu işi davam etdirirlər. Yeni nəsil mütəxəssislər vəziyyəti real qiymətləndirirlər. Düşünürəm ki, onlar daha çevik davranacaq, lakin Rusiyaya qarşı hədəflərini dəyişməyəcəklər”.