• 27 Aprel 2024
logo
İsrail Qəzzada xəstəxananı atəşə tutdu

İsrail Qəzzada xəstəxananı atəşə tutdu

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “Əş-Şəfa” xəstəxanasına atəş açıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum zamanı İsrail hərbçiləri “Əş-Şəfa xəstəxanasını mühasirəyə alıb.

Hücum nəticəsində ölü və yaralıların olduğu bildirilib.

İsrail ordusu bu məlumatı təsdiqləyib:

"Əməliyyat zamanı terrorçular xəstəxananın içərisindən hərbi qulluqçulara atəş açıblar. Hərbi qulluqçular cavab atəşi açıb, zərbələr qeydə alınıb".