• 27 Aprel 2024
logo
Putin Navalnının ölümündən danışdı: Həyat belədir...

Putin Navalnının ölümündən danışdı: Həyat belədir...

Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümünə münasibət bildirib.

Baymedia.az xəbər verir ki, Putin bu barədə NBC jurnalistinin sualını cavablandırarkən deyib.

“Cənab Navalnıya gəlincə, bəli, dünyasını dəyişdi. Bu həmişə kədərli bir hadisədir. İnsanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Bu bəyəm ABŞ-da da baş verməyib? Navalnını Qərb ölkələrində olanlarla dəyişmək ideyası var idi. Razılaşdım, onu dəyişmək istədik ki, geri qayıtmasın, amma bu (ölüm) oldu, həyat belədir”, - Putin bildirib.