Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.
Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yyaıb.
Məlumata görə, nazir ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacaq:
“Kamikava bir sıra Avropa ölkələrinə - Polşa, Finlandiya, həmçinin ABŞ və Türkiyəyə səfər edəcəyinin anonsunu verib. Lakin Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməyib”.