• 27 İyul 2024
logo
Zalujnı müsahibə verdi, Qərb təlaşa düşdü: Kiyevə zəng...

Zalujnı müsahibə verdi, Qərb təlaşa düşdü: Kiyevə zəng...

Qərbin bəzi liderləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının cəbhədəki vəziyyətlə bağlı müsahibəsindən sonra Kiyevə zəng ediblər.

Baymedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb.

“Zalujnının açıq danışması bir çox ukraynalıları təəccübləndirib, bəzi Qərb liderləri hətta Kiyevə zəng edərək, bunun nə demək olduğunu və sülh danışıqlarının indi prioritet olub-olmadığını soruşublar”, - nəşr bildirib.

Qeyd edək ki, noyabrın əvvəlində Valeri Zalujnı “Ekonomist”ə müsahibəsində Ukraynanın əks-hücumunun dalana dirəndiyini etiraf etmişdi. O bildirmişdi ki, çox güman, dərin və gözəl bir irəliləyiş olmayacaq.