• 27 İyul 2024
logo
İsrail illərdir HƏMAS-ın maliyyələşməsinə susub

İsrail illərdir HƏMAS-ın maliyyələşməsinə susub

İsrail hökuməti illərdir Qətərin HƏMAS-a maliyyə ayırmasını sakitcə alqışlayıb və ümid edib ki, bu, Qəzza zolağında sülhü qoruyub saxlamağa kömək edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Qətər bir neçə ildir ki, Qəzza zolağını hökumət maaşlarını ödəmək və elektrik stansiyalarına yanacaq almaq kimi humanitar məqsədlər üçün maliyyələşdirir. Lakin İsrail kəşfiyyat rəsmiləri indi inanırlar ki, bu pullar 7 oktyabrda İsrailə hücumda rol oynayıb. Bir yüksək rütbəli Qərb diplomatına görə, Qərb hökumətləri çoxdan belə qənaətə gəliblər ki, bu ödənişlər HƏMAS-a çatıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, İsrail ordusu HƏMAS-ın işğal planlarından xəbər tutsa da, ödənişlər davam edirdi. Üstəlik, bu pullar uzun illər İsrail kəşfiyyatçılarının iştirakı ilə köçürülüb.