• 2 Mart 2024
logo
İranda polis bölməsinə basqın edildi: ölənlər var

İranda polis bölməsinə basqın edildi: ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin "Ziyarət çeşmə" polis bölməsinə silahlı basqın olub.

Baymedia.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, silahlı qarşıdurma zamanı 4 hökumət məmuru öldürülüb.

Hücuma görə məsuliyyəti etnik bəlucların silahlı qruplaşması "Ənsar əl-Furqan" öz üzərinə götürüb.