• 27 İyul 2024
logo
Rusiya elan etdi: F-16-lar bu raketlərlə vurulacaq

Rusiya elan etdi: F-16-lar bu raketlərlə vurulacaq

Rusiya F-16 qırıcılarını məhv etmək üçün xüsusi əməliyyatda uğurla tətbiq olunmuş yeni 40N6 S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.

“Artıq S-400 sistemlərində dünyada öz sinfində ən qabaqcıl olan və unikal imkanlara malik özütəyinetmə başlığı ilə təchiz edilmiş 40N6 ultra uzaqmənzilli raketindən istifadə edilir. F-16-lar havaya qalxdıqdan dərhal sonra S-400-lər 40N6 raketləri ilə bu qırıcıları vura biləcək. Bu raketlərin digər qırıcı təyyarələrlə yanaşı F-16-ları da məhv etmək üçün əsas vasitələrdən birinə çevriləcəyi gözlənilir. Prinsipcə F-16-ların aşkarlanması və məhv edilməsi Rusiya hava hücumundan müdafiə sistemləri üçün heç bir çətinlik yaratmır”, - mənbə bildirib.