• 27 İyul 2024
logo
Baydendən etiraf: Bunu Trampa görə etdim...

Baydendən etiraf: Bunu Trampa görə etdim...

ABŞ Prezidenti Co Bayden etiraf edib ki, keçmiş prezident Donald Tramp Ağ Evə qayıtmağa cəhd etməsəydi, ikinci müddətə özünün namizədliyini irəli sürməzdi.

Baymedia.az xəbər verir ki, Bayden bunu Bostondakı şəxsi evində keçirilən tədbirdə deyib.

“Tramp namizəd olmasaydı, namizəd olacağıma əmin deyildim. Amma ölkə naminə qalib gəlməsinə imkan verə bilmərik. Tramp heç nə gizlətmir. O, bizə nə edəcəyini deyir”, - Bayden bildirib.