• 27 İyul 2024
logo
Ukrayna məğlub olsa, günahkar biz olacağıq - ABŞ

Ukrayna məğlub olsa, günahkar biz olacağıq - ABŞ

Konqres Kiyevə əlavə yardımı təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq.

Baymedia.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Konqres üzvləri ilə danışdım, həmkarlarım da bunu etdilər. Düşünürəm ki, onlar vəziyyətin ağır olduğunu başa düşürlər. Kiyevin ehtiyac duyduğu bu maliyyəni təmin edə bilməsək, Ukraynanın məğlubiyyətində məsuliyyət daşıyacağıq. Buna birbaşa büdcə dəstəyini də daxil edirəm, çünki bu, həyati əhəmiyyət kəsb edir. Ukraynada sadəcə olaraq pul tükənir. Kiyev vergidən əldə etdiyi hər senti hərbi maaşlara və müdafiəyə xərcləyir. Onları dəstəkləmək üçün göndərdiyimiz vəsait olmasaydı, məktəbləri, xəstəxanaları və ya təcili yardım xidmətləri olmazdı”, - o bildirib.