• 27 İyul 2024
logo
Putin dünyada fövqəladə rol oynayır - Peskov

Putin dünyada fövqəladə rol oynayır - Peskov

Rusiya Prezidenti Vladimir Putinin dünya işlərində rolu fövqəladədir və onu qiymətləndirmək çətindir.

Baymedia.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Amerikanın “Taym” jurnalının Putini “İlin adamı” adına irəli sürmək qərarını şərh edərkən deyib.

“Görək. Hər halda Putinin ölkəmizdə və dünyada rolunu qiymətləndirmək çətindir, bu aydındır. Təbii ki, Putin dünyada qeyri-adi rol oynayır”, - o bildirib.

Peskov əlavə edib ki, prezidentin özü üçün namizədliyin xüsusi əhəmiyyəti yoxdur.