• 21 Fevral 2024
logo
Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

Fransada çimərlik və meşələrdə siqaret çəkilməsi qadağan ediləcək.

Baymedia.az xəbər verir ki, bu barədə Fransa səhiyyə naziri Orelien Russo məlumat yayıb.

Russo bu addımlarla xüsusilə siqaret çəkməyən gənclərin daha az siqaret tüstüsünə məruz qalacağını vurğulayıb.

Ölkədə daha çox ölüm səbəbinin siqaretdən olduğuna diqqət çəkən səhiyyə naziri “Tütünlə Mübarizə Proqramı” 2023-2027-ci il çərçivəsində siqaretin qiymətinin mərhələli şəkildə artırılacağını da qeyd edib.