• 21 Fevral 2024
logo
Azərbaycanlı milyarderin bazarı yanır

Azərbaycanlı milyarderin bazarı yanır

Moskvada yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Sadovod” bazarında yanğın baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “Sadovod”un ərazisi qatı boz-qara tüstüyə bürünüb:

“Bazar yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Yanğın alış-veriş pavilyonlarında baş verib. Ziyarətçilər və işçilər təxliyə edilir”.

Qeyd edək ki, bu, “Sadovod” ərazisində baş verən ilk yanğın deyil. Bu ilin iyun ayında orada üç ticarət pavilyonu yanıb.