• 9 May 2025
logo
“Şahid”lərin üzərindən Ukrayna kartları çıxdı

“Şahid”lərin üzərindən Ukrayna kartları çıxdı

Rusiyanın vurulan “Şahid” PUA-larının üzərində Ukraynanın “Kiyevstar” mobil operatoruna aid sim-kartlar, modem və batareyalar aşkarlanıb.

Baymedia.az xəbər verir ki, bu barədə OSİNT məlumat yayıb.

“Hərbi analitiklər Ukraynanın açıq mənbələrinə istinadən bildirirlər ki, rus ordusu “Şahid” PUA-larına nəzarət etmək, yerini müəyyənləşdirmək və uçuş trayektoriyasını dəyişdirmək üçün Ukraynanın “Kiyevstar” mobil operatoruna məxsus sim-kartlarından istifadə edir”, - məlumatdan bildirilib.

“Kiyevstar” məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib.