• 13 Aprel 2024
logo
Tramp seçilsə, fəlakət olacaq - Almaniya

Tramp seçilsə, fəlakət olacaq - Almaniya

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi fəlakətə səbəb olacaq.

Baymedia.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.

Nazirin sözlərinə görə, Trampın yenidən prezident seçilməsi ABŞ-ın Avropadakı fəaliyyətlərinə mənfi təsir göstərəcək.

O, Co Baydenin qalib gəlməsi halında ABŞ-ın diqqətini Hind-Sakit okean bölgəsinə yönəldəcəyini ifadə edib.

“Baydenin yenidən prezident seçilməsi ilə ABŞ Avropadakı fəaliyyətini eyni səviyyədə davam etdirəcək”, - deyə nazir bildirib.