• 27 İyul 2024
logo
ABŞ hərbi təyyarəsi okeana düşdü

ABŞ hərbi təyyarəsi okeana düşdü

ABŞ-a məxsus “Osprey” hərbi-nəqliyyat təyyarəsi bu gün Yaponiyanın Yakuşima adası yaxınlığında okeana düşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

ABŞ-ın Tokio yaxınlığındakı Yokota hərbi aviabazasından havaya qalxan təyayrə bir müddət sonra radarlardan itib.

Məlumata görə, təyyarənin göyərtəsində 8 ABŞ hərbçisi olub. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.