• 27 İyul 2024
logo
Ankara yaxında İsveçlə bağlı qərar verəcək - XİN

Ankara yaxında İsveçlə bağlı qərar verəcək - XİN

Türkiyə hakimiyyətinin İsveçin NATO-ya üzv olmaq ərizəsini həftələr ərzində ratifikasiya edəcəyi gözlənilir.

Baymedia.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.

“Biz ratifikasiyanın həyata keçirilməsini gözləyirik. Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüş keçirdim və o, ratifikasiyanın yaxın həftələrdə baş tutacağını gözlədiyini bildirdi”, - Billström qeyd edib.