• 27 İyul 2024
logo
Pakistan ordusu 8 yaraqlını məhv etdi

Pakistan ordusu 8 yaraqlını məhv etdi

Pakistan hərbçiləri ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın ərazidə Taliban silahlılarının istehkamına hücum edib.

Baymedia.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu bazar günü Xeybər Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində kəşfiyyat əməliyyatı zamanı silah-sursat da müsadirə edib.

Bildirilib ki, əməliyyat zamanı 8 terrorçu məhv edilib.