• 27 İyul 2024
logo
Daha bir ölkə Rusiyanı sanksiyalardan yayındırır

Daha bir ölkə Rusiyanı sanksiyalardan yayındırır

Finlandiyanın Vantaa şəhərində fəaliyyət göstərən “HD-Parts” şirkəti sanksiyalardan yan keçərək, Rusiyaya milyonlarla avro dəyərində avtomobillər üçün ehtiyat hissələri tədarük etməklə məşğuldur.

Baymedia.az xəbər verir ki, bu barədə “Yle MOT” nəşri məlumat yayıb.

Məlumata görə, “HD-Parts” şirkəti Rusiyaya “Volvo” və “Skania” yük avtomobilləri üçün ehtiyat hissələri tədarük edib.

Şirkətdən isə bildirilib ki, sanksiyaları pozmayıblar və bütün mallar Finlandiya gömrüyü tərəfindən təsdiqlənib.