• 27 İyul 2024
logo
Ukraynada PUA istehsal edən zavod vuruldu

Ukraynada PUA istehsal edən zavod vuruldu

Rusiya Kiyevin Julyanı hava limanı yaxınlığında yerləşən təyyarə zavoduna silsilə raket hücumları edib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Julyanı rayonundakı mülki aviasiya zavodu kimi tanınan “Zavod 410” zərbələrə məruz qalıb. Casuslarımızın verdikləri məlumata görə, zavodda Ukrayna ordusu üçün PUA-lar istehsal olunurdu”, - məlumatda qeyd olunub.