İsrail Hərbi Hava Qüvvələri Dəra əyalətində Suriya ordusunun mövqelərinə hücum edib.
Baymedia.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya ordusundakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, zərbə yerli vaxtla saat 01:35-də Qolan təpələrindən endirilib. Hücum nəticəsində iki hərbi obyektə maddi ziyan dəyib.
Həlak olanlar və yaralananlar barədə məlumat verilmir.