Mahaçqala hava limanında iğtişaşlar zamanı 9 polis əməkdaşı yaralanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Şimali Qafqaz Dairəsinin Daxili İşlər Naziriyi məlumat yayıb.
“İğtişaşlar nəticəsində 9 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisi xəstəxanadadır”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Dağıstan Daxili İşlər Nazirliyinin əməkdaşları digər hüquq-mühafizə orqanları ilə birlikdə qanun pozuntularının qarşısını alıblar və hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir.