Slovakiya Ukraynanı hərbi cəhətdən dəstəkləməyəcək.
Baymedia.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Roberto Fiko Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşündə deyib.
O qeyd edib ki, bu gündən etibarən Slovakiyanın Brüsseldə öz fikri olacaq:
"Mən Avropa Komissiyasının sədrinə də məlumat verdim ki, yeni Slovakiya hökuməti Ukraynaya hərbi dəstək verməyəcək. Biz yalnız humanitar yardıma diqqət yetirəcəyik".