Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin səhhətində problem yaranması ilə bağlı iddialara cavab verib.
Baymedia.az xəbər verir ki, o bu iddiaları axmaqlıq adlandırıb.
“Rusiya prezidenti ilə bağlı hər şey qaydasındadır. Bu, onun haqqında sadəcə uydurmadır”, - Peskov deyib.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin ürəyinin dayandığı, daha sonra özünə gəldiyinə dair məlumatlar yayılmışdı.