Oktyabrın 7-də Yaxın Şərqdə növbəti eskalasiya başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 4 min 137-yə yüksəlib.
Baymedia.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində azı yeddi tibb müəssisəsi yararsız vəziyyətə düşüb və yerli əhaliyə yardım göstərə bilməyib.