• 12 İyul 2025
logo
Rusiya DİN-nin rəsmisi İrəvanda ölü tapıldı

Rusiya DİN-nin rəsmisi İrəvanda ölü tapıldı

Rusiya Daxili İşlər Nazirliyinin Ermənistandakı nümayəndəliyinin rəis müavini Vyaçeslav Ponomaryov İrəvandakı iş otağında ölü tapılıb.

Baymedia.az xəbər verir ki, nümayəndəlik bu barədə məlumatı Ermənistan KİV-nə təsdiqləyib.

37 yaşlı Ponomaryovun ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.