• 10 İyul 2025
logo
Rus komandir cəbhədəki problemləri açıqladı

Rus komandir cəbhədəki problemləri açıqladı

Rus batalyonunun komandiri hərbi rəhbərliyi tənqid edib və rusların cəbhədə üzləşdiyi problemlərdən danışıb.

Baymedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiyanın “Şərq” batalyonunun komandiri Aleksandr Xodakovski bildirib ki, Ukraynada cəbhədəki rus piyada qoşunları əks-batareya imkanları, komandir səriştəsi, tibbi təminat, rotasiya və təchizat problemləri ilə üzləşib.

Xodakovski iddia edir ki, rus batalyonları ilə qərargah arasında əlaqənin olmaması o qədər geniş yayılıb ki, Ukrayna qoşunları Rusiya qərargahının binasına hücum edəndə rus batalyonu qərargahın sıradan çıxdığını anlamayıb və müstəqil şəkildə əməliyyatlar aparmağa davam edib”, - məlumatda deyilir.

Qeyd edək ki, əvvəllər də Xodakovski rus qoşunlarının effektiv döyüş əməliyyatları aparmaq qabiliyyətinə təsir edən problemlərdən şikayət etmişdi.