• 2 İyul 2025
logo
İsraildən Xameneiyə cavab: Peşman ediləcəksiniz!

İsraildən Xameneiyə cavab: Peşman ediləcəksiniz!

İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib.

Baymedia.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib.

“Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Xamenei ötən gün “Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük” demişdi.